VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.


Prokuror U.Orucovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.


İttihama görə, bu il yanvarın 25-də Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov naməlum avtomobillə vurulub. S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.


Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən sürücü, Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.


Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.


BAKU.WS