VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur: “Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların da istintaqı davam etdirilir”.

BAKU.WS