SİZİN REKLAM BURADA!
055 213 76 73



Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin ikisi Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, Küveyt vətəndaşı olan həmin şəxslər 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızıdır. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan bu xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

BAKU.WS