VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı sakini ondan hədə-qorxu ilə pul alan şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.


BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Nadirov Əvəz Əli oğlu özlərini kriminal aləmdəki nüfuzlu şəxslərin nümayəndəsi kimi təqdim edən şəxslərin ondan külli miqdarda pul aldığını bildirib.


O, şikayət ərizəsində qeyd edib ki, bu ilin iyul, avqust və sentyabr aylarında Soltanov Vüqar Nüsrət oğlu, eləcə də Şakir, Baba, Elxan, Elvin, Azər və Hacı adlı şəxslər ona hədə-qorxu gələrək pul tələb ediblər. Kriminal avtoritetlərin etibarlı nümayəndəsi olduqlarını bildirən həmin şəxslər 3 ay ərzində Əvəz Nadirovdan 4 min dollar və 46 450 manat pul alıb.


Bildirilir ki, kriminal aləm üzvlərindən polisə şikayət edən şəxs iş adamıdır.


Müraciət əsasında araşdırma aparılır.


BAKU.WS