SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Paytaxtın Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı vurub.

O dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər xəstənin həyatını xilas edə bilməyib.

A.Mərdanov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS