SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı şəhərində mikroavtobus qəzaya uğrayıb.


BAKU.WS xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.


Lənkəran rayonundan Bakıya gələn mikroavtobus yüksək sürətlə hərəkət edərkən aşıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, qəza zamanı 6 nəfər yaralanıb.


Qəza zamanı 4 kişi, 2 qadın yaralanıb. Yaralılardan iki nəfərinin vəziyyəti nisbətən ağırdır”, - deyə qurum rəsmisi bildirib.


Ziya SƏCCAD
BAKU.WS