SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin Yasamal rayonunda yanğın hadisəsi baş verib.

BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, ümumi sahəsi 65 m² olan tikilinin (məişət cihazlarının təmiri sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Abbas
BAKU.WS