SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə şahidlər dindirilib.

Mərkəzin sanitarı Amid Ağayev deyib ki, onun işi xəstələrə nəzarət etmək, yıxılanları ayağa qaldırmaq, yatanları oyatmaq və qaçanları tutmaq olub: "Yanğın vaxtı şöbədə 55 xəstə var idi. Səhərə yaxın kimsə dedi ki, yanğın olub. Dəhlizə çıxdım, 15-ci otağın qarşısında 3 nəfər dayanmışdı, içəridən də tüstü gəlirdi. Tez çölə çıxıb yanğınsöndürən balonu götürüb gəldim. Naillə Rasim digər xəstələri oyatmağa başladı. Yanğın 15-ci otaqda başlayıb sürətlə yayılırdı. Mən də xəstələri çölə çıxartmağa başladım, ayağımın altında xəstə qalırdı, əllərindən tutub çölə çıxartdım. Sonra çöldə saydıq, 24 nəfəri çıxara bilmişdik. Qalanları içəridə yanıb öldü".

BAKU.WS