SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olunub.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində, "Əhmədli" metrostansiyasının qarşısında baş verib.


Zəngilan rayonunda anadan olmuş, Suraxanı rayon sakini, 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrza Şamo oğlu və qardaşı, 1994-cü il təvəllüdlü Fərmanov Asəf Şamo oğlu "Əhmədli" stansiyasının qarşısında marşrut avtobusunun sürücüsü, Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Əsədov Bayram Lətif oğlunu qəsdən döyüb bədən xəsarətləri yetiriblər.


Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən hər iki şəxs saxlanılıb.


BAKU.WS