SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə məlumat verib.


Onun sözlərinə görə, 163 və 217 nömrəli avtobuslar toqquşub.


“Hadisə yerinə bizim əməkdaşlar cəlb olunublar. Qəzanın baş vermə səbəbləri araşdırılır”, - deyə Mais Ağayev bildirib.


Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından BAKU.WS-ə bildiriblər ki, qəza zamanı 3 qadın yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qadınlardan birinin vəziyyəti ağırdır. Ona kəllə-beyin travması diaqnozu qoyulub.


Hadisə yerində “oxu.az”-ın əməkdaşları da olublar. Onların verdiyi məlumata görə, qəza zamanı 5 nəfər xəsarət alıb.


Ziya SƏCCAD
BAKU.WS