SİZİN REKLAM BURADA!
055 213 76 73



Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyevin fotoları üzə çıxıb. 

BAKU.WS-in məlumatına görə, sosial şəbəkə istifadəçisi olan sürücünün fotoları qısa zamanda internetdə yayılıb. 

Avtobusun sürücüsünün bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşadığı bildirilir. Bununla yanaşı, qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

Hadisə nəticəsində 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər isə dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. 

BAKU.WS