SİZİN REKLAM BURADA!
055 213 76 73



Qaxda yük avtomobilinin yoldan çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb.

BAKU.WS 
report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-dən 3-nə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 87-ci kilometrliyində, Qax rayonu ərazisində baş verib.

Zaqatala rayon sakini, 1984-ci il təvəllüdlü Bəxtiyar Fazil oğlu Balayev “Mersedes” markalı yük maşını ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alsa da, onun sərnişini Zaqatala şəhər sakini 1979-cu il təvəllüdlü Rəşadət Məmməd qızı Məmmədova aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilib.

Xəstəxanadan bildirlib ki, Rəşadət Məmmədova hazırda Travmatologiya şöbəsində müalicə olunur. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS