VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı cinayət işi başlanıb.


Bu barədə Respublika Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib.


Onun sözlərinə görə, faktla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.


Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfə azyaşlı dünyasını dəyişib, 20 nəfər xəsarət alıb.


BAKU.WS