SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gecə Binəqədi rayonunda yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb.


Binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.


Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


BAKU.WS