VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xaçmaz rayonunda mebel sexində yanğın olub.

FHN-dən BAKU.WS-ə verilən məlumata əsasən, Xaçmaz rayonunda ümumi sahəsi 350 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində olan mebel məmulatları, 6 ədəd dəzgah, 2 ədəd mühərrik və 2 ədəd boya aparatı yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nazirliyin digər məlumatına əsasən, Bərdə rayonunda ümumi sahəsi 80 m² olan 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS