SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabad rayonunda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində baş verən qəzanın görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, görüntülərdə mikroavtobusun aşdığı görünür.  

“Report” Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

BAKU.WS