SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, "Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə qəflətən vəfat edib. O, Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsi olub.

BAKU.WS
big.az-a istinadən xəbər verir ki, Zeynəb Vəlizadənin vəfatından iki gün ötsə də, universitet tələbənin ölümündən xəbərsizdir. Tədris müddətində universitetin öz tələbəsinin taleyindən xəbərsiz olması nə qədər doğrudur?

Bununla bağlı açıqlama verən təhsil eksperti Kamran Vəlizadə bildirib ki, rəsmi tədbirlərə, təlim və treninqlərə qatılmaq üçün xarici ölkələrə üz tutan şəxlər əgər tələbədirsə, oxuduqları yerdən rəsmi razılıq əldə etməklə gedə bilərlər. Yəni universiteti xəbərdar etməlidirlər. Çünki əks halda bu, dərsə davamiyyətə təsir göstərir və nəticədə tələbə üçün fəsadlar yaranır. Baxmaq lazımdır ki, ali təhsil müəssisəsi həmin tələbə dərsdə iştirak etmədiyi vaxtlarda ona nə yazılıb? Qayıb yazılıb, yoxsa güzəştə gediblər?

Kamran Əsədov vurğulayıb ki, bütün hallarda tələbə ilə bağlı cavabdeh olan tərəf universitetdir: “Onlar buna görə məsuliyyət daşıyır. Həm də o tələbə universitetin ictimai işlərində fəal iştirak edib. Getdiyi tədbir də universitetin xəbəri olmadan ola bilməzdi. Universitetin tələbənin ölümündən xəbərsizik deməsi sadəcə məsuliyyətdən yayınmaq üçündür. Çünki o tələbə Gürcüstana qısa müddətli getməyib”.

BAKU.WS