SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabad rayonunda mikroavtobus yük maşını ilə toqquşub.

“Report” Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 06:30 radələrində rayonun Polad Toğayı kəndi ərazisində baş verib.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb. Əksəriyyəti qadın olan yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Sabirabad rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

“Report” Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı mikroavtobusla qoşqulu “KamAZ”ın toqquşması nəticəsində xəsarət alanlar aşağıdakılardır:

Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;

Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:

1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı

1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı

1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı

1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı

1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu

1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı

1963-cü il təvəllüdlü Cəfərova Zinaida

BAKU.WS