SİZİN REKLAM BURADA!
055 213 76 73




Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub.

Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS