SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ukrayna baş naziri Arseni Yasenyuk Ali Radada çıxışı zamanı deputatlar arasında dava olub.
 
BAKU.WS-in məlumatına görə, deputatlar arsında qızğın davaya Ali Radanın spikeri Vladimir Qroysman şəxsən müdaxilə edib. Dava "Narodnoy Front" fraksiyasının deputatları ilə "Pyotr Poroşenkonun Bloku" arasında baş verib. Yasenyuk dava olmasına baxmayaraq deputatlara Nazirlər Kabinetinin illik hesabatını dinləməyə davam etməyi təklif edib. 

Davanın baş verməsinə səbəb baş nazirin sözü olub. Yatsenyuk bildirib ki, "Pyotr Poroşenkonun Bloku" öz nazirlərinin fəaliyyətinə görə məsuliyyət daşıyır, xüsusilə energetika naziri Vladimir Demçişinə görə. 

Hadisədən sonra deputat Yuri Lusenko deputatlardan və dalaşdığı Oleq Barnıdan üzr istəyib. 
 
Şahin Həbibov
BAKU.WS