SİZİN REKLAM BURADA!
055 213 76 73



Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

Bu haqda ARB-nin efirində yayımlanan "Hadisə" verilişində məlumat verilib. 

Belə ki, "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vuraraq öldürüb və yol kənarına aşıb. 

Maşın zərbənin təsirindən deformasiyaya uğrayıb. Qəza nəticəsində rayon sakinləri 24 yaşlı Tanrıverdi Orucov, 23 yaşlı Elnur Zeynalov və 25 yaşlı Asif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyəti ağır olan Tanrıverdi Orucov reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS