SİZİN REKLAM BURADA!
055 213 76 73



Qaraçuxur qəsəbəsində velosiped sürən balacanı maşın vurub. 

BAKU.WS-in məlumatına görə, hadisə anı yaxınlıqdakı obyektlərdən birinin kamerasına tuş gəlib. 

Kadrlardan da göründüyü kimi qəfil yola çıxan uşağı maşın vurur. Maşının zərbəsi ilə yerə yıxılan balaca xoşbəxtlikdən xəsarət almayıb. 

Dərhal uşağın yanına qaçan yaşlı bir kişi daha sonra sürücü ilə mübahisə edib. Sürücü isə kişiyə cavab qaytarmağı azmış kimi hələ yumruq da atıb. 

Həmin görüntüləri təqdim edirik: 

Abbas
BAKU.WS