SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Suriya hökumətinə məxsus hava qüvvələri Rusiyanın hərbi təyyarəsini vurub.

BAKU.WS
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin rəsmi nümayəndəsi İqor Konoşenkov bildirib ki, Bəşər Əsəd qüvvələri Rusiyanın “İl-20” təyyarəsini “S-200” raketi ilə vurublar.

“Təyyarə Aralıq dənizində radardan itib. Sonradan onun vurulduğu məlum olub. Suriya hökuməti bildirib ki, zərbələr təsadüfən endirilib”, - deyə İqor Konoşenkov bildirib.

Hadisə nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS