VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"CBC Sport" telekanalının baş direktoru Volkan Üst infarkt keçirib.

Bu barədə onun həyat yoldaşı Özgü Uzun şəxsi "İnstragram" hesabından paylaşım edib. O, V.Üstün Mərkəzi Klinikada əməliyyat olunduğunu və hazırda müalicəsinin reanimasiya şöbəsində davam etdiyini bildirib.

"CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov isə “Report”a açıqlamasında deyib ki, hazırda telekanal rəhbərinin həyatı üçün ciddi bir təhlükə yoxdur: “Volkan bəy hazırda reanimasiyadadır. Təxminən, 3-4 gün yataq rejimində olmalıdır. Daha sonra sağlam həyata qayıdacaq. Artıq kritik dövr geridə qalıb”.

Qeyd edək ki, Volkan Üst "CBC Sport"a 2016-cı il yanvarın 16-dan rəhbərlik edir.

BAKU.WS