VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şirvan şəhərində qadından 3000 manat tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Şirvan şəhər Polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib. İdarəyə bir qadın şikayət edib. Müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 3000 manat tələb etdiyini bildirib.

Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKU.WS