VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olub.

BAKU.WS xəbər verir ki, Virtualaz.org saytının şimal zonası üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də "Bulaq” istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.

Xəbərdə deiyilir ki, naməlum adamlar cütlüyün dincəldiyi 12 saylı kottecə soxulub. Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxarıb və zor tətbiq etməklə maşına oturdublar. Gənc qızla isə həddən artıq nəzakətlə davranıblar, hətta tanınmasın deyə qızın üzünü gizlətməyə çalışıblar.

Naməlum şəxslər gənc oğlan və qızla yanaşı "Bulaq” istirahət zonasının Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.

İstirahət zonasının əməkdaşları deyiblər ki, onlar ilk dəfədir belə halla üzləşirlər və həmin adamların kim olduğunu bilmirlər.
 
BAKU.WS