VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyanın Kazan şəhərinin sakini dindirmə zamanı polisin telefonunu oğurlayıb. 
 
BAKU.WS-in məlumatına görə, dələduzluq maddəsi ilə saxlanılmış şəxs 500 rubl cəriməylə canını qurtara bilərdi. Ancaq polisin telefonunu oğurladığı üçün ona 4 ay həbs cəzası verilib. 

Hadisəni törədən 26 yaşlı sakin Kamil Kutdusovun bu əməli müşahidə kamerasına düşüb. Polisin telefonunu ustalıqla götürüb cibinə qoyan oğru irəli düşdüyünü zənn edib. Ancaq polis telefonunu axtarmağa başladıqdan sonra işin üstü açılıb. Kadrlardan da görünür ki, sahə müvəkkili öz telefonunu masaya qoyur və ondan sonra kabinetdən çıxır. Cinayətkar şəxs otaqda heç kimin olmadığından istifadə edərək mobil telefonu cibinə qoyub.

Qeyd edək ki, polis Kutdusovun ictimai yerdə sərxoş halda asayişi pozduğu üçün saxlayıb. Bölmədə ona 500 rublda cərimə yazıblar. Məhkəmə isə cəriməni onun əmək haqqının 10%-i həcmində tutulması barədə qərar qəbul edib. Oğurluq faktına görə isə Kamil 4 aylıq islahedici müəssisəyə məhkum edilib.
 
Şahin Həbibov
BAKU.WS