SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu təqribən 150 sm, orta bədən quruluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı, qara qaşlı, gözlərinin rəngi qonurdur.

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub.

Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.

BAKU.WS