SİZİN REKLAM BURADA!
055 213 76 73



Ərəb bloger Ali Əthab Azərbaycana gələn turistlərin həyat tərzi haqqında reportaj hazırlanıb. 

BAKU.WS-in məlumatına görə, bloger Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib. 

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarəında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS xəstəliyinə tutulur. Blogerin iddiasına görə Bakıda 8 min ərəb sözügedən xəstəliyə yoluxub. 

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də qeydə alınıb. 

Məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov da fikrini BAKU.WS-ə bildirib. 

O deyib ki, dünyanın hər bir yerində gecə klubu var. Hansı ölkə turist cəlb etmək istəyirsə, həmin dövlət bunları nəzərə almalıdır. Demək olmaz ki, Azərbaycana yalnız mömin ailələr cəlb ediləcək. Turistin nə milləti, nə də təbəqəsi var. Biz turistləri ancaq qaldıqları otellərə görə müəyyən edirik. Üçulduzlu oteldə də qalan gecə klubu istəyir, beşulduzlu oteldə qalan da bunu tələb edir. Ona görə də, desək ki, bizə gecə klubları lazım deyil, onda turistlərin sayı azalacaq. Elə insanlar var ki, gəlməyəcək.

Əgər biz qəbul edirik ki, turist dövlətiyik, onda bunlar olmalıdır.

Həmin informasiyanın yayılmasına gəlincə, buradan görünür ki, blogerin verdiyi məlumat qərəzlidir. Bununla da, Azərbaycan turizminə qara yaxmaq istəyirlər və imicimizə ləkələ salmaq niyyətindədirlər”, - deyə mütəxəssis bildirib.

Nahid Bağırov deyir ki, dünya üçün ərəblər ən önəmli turistlərdir:

“Ərəblər Asiyaya da, Qafqaza da gəlir, digər ərazilərə də gedir. Bu gün Azərbaycan da ərəb turistləri cəlb edən məkana çevrilib. Ona görə də, bizim rəqiblərimiz var. Haradan bilmək olar ki, bunu ermənilər etməyiblər? Bilərəkdən belə informasiyalar, mateallar buraxılar ki, ərəblər Azərbaycana gəlməsinlər.

Heç kim zəmanət vermir ki, nəsə olmasın. Bu da bir iddiadır. Biz də turistləri ölkəyə cəlb etmək üçün təbliğat aparmalıyıq və aktiv tədbirlər həyata keçirtməliyik”.

BAKU.WS