SİZİN REKLAM BURADA!
055 213 76 73



Moldova prezidenti İqor Dodon yol qəzasına düşüb. 

BAKU.WS-in məlumatına görə, dövlət başçısının qəzaya düşdüyü hadisənin görüntüsü yayılıb.

Moldova mətbuatında yer alan məlumatlara görə, Dodonun avtomobili əks istiqamətdə hərəkət edən bir yük maşını ilə toqquşub. 

Prezident və maşında olan ailə üzvləri dərhal paytaxt Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib.

Prezident Dodon və ailəsinin səhhətinin yaxşı olduğu açıqlanıb. 

BAKU.WS