VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.

BAKU.WS
unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub.

Qeyd edək ki, Ehram Məcidov "Neftçi" İSM-də kikboks bölməsinin baş məşqçisidir.

BAKU.WS