SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Şəkinin İnçə kəndi ərazisində qəza meydana gəlib.

ARB TV xəbər verir ki, Şəki sakini, 32 yaşlı Asif Qurbanovun idarə etdiyi 99-DP-699 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq körpüdən aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Şəki sakinləri 26 yaşlı Ceyhun Beydiyev və 22 yaşlı Taleh Mahmudov dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, çoxsaylı bədən xəsarətləri alan Asif Qurbanov reanimasiya şöbəsinə yerləşdirilib. Ceyhun Beydiyevdə döş qəfəsinin qapalı travması, Taleh Mahmudovda isə sol bud nahiyyəsinin travması müəyyən edilib, müalicələri davam etdirilir.

Şəki-Qax magistral yolunda baş verən qəzada isə “Hyundai” aşıb.

Qəza Magistralın 3-cü kilometrliyində baş verib. Şəki sakini, 32 yaşlı Cabbar Mustafayev idarə etdiyi 55-BN-866 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb.

Nəticədə sürücü Cabbar Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə ŞƏKİ MRX-a aparılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilir. Hər iki faktla bağlı araşdırma aparılır.

BAKU.WS