VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məsciddən oğurluq edən şəxs sakinlər tərəfindən yaxalanıb və yol kənarındakı dəmirə bağlanılıb.

BAKU.WS
xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə yayımlanıb. Belə ki, İlahiyyat məscidindən oğurluq etdiyi iddia olunan şəxsi dəmirə bağlayıblar.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “İlahiyyat” məscidinin imam köməkçisi Ağalar Seyidov həmin faktı təsdiqləyib və bildirib ki, yaxalanan şəxs “İlahiyyat” məscidindən dəfələrlə oğurluq edib:

“Hadisə dünən baş verib. Oğrunu tutub dövlət orqanlarıına təhvil vermişik. Həmin oğru buradan 20-30 dəfə oğurluq edib. Onu həm də ona görə dirəyə bağladıq ki, qorxub, bir də oğurluq etməsin. O, adam da bilir ki, yenə də onu buraxacaqlar. Dəfələrlə oğurluq etdiyinə görə polisə təhvil verilsə də, yenidən azadlığa buraxılır. Oğrunun adını və soyadını isə bilmirəm”.

BAKU.WS