Tanınmış jurnalist Səbuhi Məmmədli infarkt keçirib.

BAKU.WS 
xəbər verir ki, Ukraynaya müalicə üçün gedən jurnalistin səhhəti dünən günorta saatlarında qəfildən pisləşib. 

Poltava şəhərində müalicəvi sanatoriyada qalan Məmmədli Poltava şəhər xəstəxanasına yerləşdirilib. Orada ürəyinə "stend" qoyulub. Hazırda vəziyyət stabildir.

S.Məmmədli səhhəti haqqında belə açıqlama verib: "Əməliyyat arxada qaldı. Allah bəlkə də məni uşaqlarıma bağışladı. Həkimləri 20 gün xəstəxanada yatmalı olduğumu deyirlər".

Xatırladaq ki, Səbuhi Məmmədli bir müddət əvvəl intihara cəhdi ilə gündəmə gəlmişdi.

Zülfiyyə Qurbanova
BAKU.WS