SİZİN REKLAM BURADA!
055 213 76 73



Polis axtarışda olan şəxsi tutub.

BAKU.WS
“report”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan Hüseynova Günel Bəylər qızı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Onun günahı sübuta yetiriləcəyi təqdirdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, G.Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub. Gəncə şəhər sakinidir.

BAKU.WS