SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bakı Metropoliteni”ndə bıçaqlanma hadisəsi baş verib.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə “Nəsimi” metro stansiyasında baş verib:

“Bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib. Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb”.

B. Məmmədov qeyd edib ki, qadını bıçaqlayan həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.AZ)

BAKU.WS