SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan Ordusunda yenə ölüm faktı qeydə alınıb.

BAKU.WS
“NEWS.am”a istinadən xəbər verir ki, hərbi qulluqçu Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ölüb.

Hadisə ötən gün Ermənistan vaxtı ilə 14:45-də qeydə alınıb. Qeyd edilib ki, 1990-cı il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Vazgen Xaçatryan yol qəzası nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Ermənistan ordusunda əsgər ölümü ilə bağlı faktlar çoxalıb. Sonuncü dəfə sentyabrın 2-si axşam saatlarında belə hadisə baş verib. Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətdə olan 1996-cı il təvəllüdlü əsgər Vanik Gevorkyan özünü öldürüb.

Ziya SƏCCAD
BAKU.WS