VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nardaran qəsəbəsi ərazisində silah-sursat aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat nəticəsində Nardaran qəsəbəsi ərazisində selofan torbada 1 ədəd kustar üsulla hazırlanmış tapança, alışqanı olmayan “F-1” markalı əl qumbarası, içərisində 30 ədəd avtomat patronu olan daraq və beşbarmaq aşkar olunaraq götürülüb.

BAKU.WS