SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı həkim Elxan İbrahimov vəfat edib.

BAKU.WS 
xəbər verir ki, dünən anidən həkimin beyninə qan sızıb.

Onu təcili yardımla xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyiblər.

Tanınmış dietoloq Leyla Zülfüqarovanın BAKU.WS-ə verdiyi məlumata görə, mərhum övladlarının təhsili ilə bağlı qardaş ölkəyə köçmüşdü:

"Elxan doktoru çox vaxtsız itirdik. Gözlənilməz xəbər bizi çox sarsıtdı. Doğmaları şok içindədir. Türkiyədə yaşayırdı, amma son zamanlar Bakıda da çox olurdu.

Qeyd edək ki, Elxan İbrahimov müxtəlif vaxtlarda N. Tusi adına Klinikanın və Sağlam Ailə Tibb Mərkəzinin baş həkimi olub. Sonuncu iş yeri "İnter Diaqnostik Mərkəz" idi.

Azərbaycanın sayılıb-seçilən uroloq-androloqu olan E.İbrahimov kişilərdə sonsuzluq probleminin həlli üzrə ad-san qazanmışdı.

O, eyni zamanda iş adamı idi. İşgüzar fəaliyyəti Azərbaycan və Türkiyəni əhatə edirdi. 

Allah rəhmət etsin!

Zülfiyyə Qurbanova
BAKU.WS