SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dekabrın 4-də "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışları davam etdirilir.


BAKU.WS
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, hava şəraitinin mürəkkəb və təhlükəli olmasına baxmayaraq, FHN bu gün də dənizdə itkin düşənlərin axtarış işlərini dayandırmayıb.


Hazırda nazirliyin 1 helikopteri şimal, şimal-şərq, digər helikopteri isə cənub istiqamətində axtarış işləri aparır. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri isə sahilboyu axtarış işlərini davam etdirir.


Ziya Səccad

BAKU.WS