Ağsu rayonunda kişi yeni doğulmuş körpəni arvadından alaraq onu evdən qovub.

BAKU.WS
"report”a istinadən xəbər verir ki, hadisə rayonun Cəlayir kəndində qeydə alınıb. Kənd sakini 28 yaşlı Eldar Əbilov ailə münaqişəsi zəminində həyat yoldaşı 22 yaşlı Zümrüdü döyərək yeni doğulmuş uşağı zorla onun əlindən alıb, özünü də evdən qovub.

Z.Əbilova polislə müraciət edərək körpəsinin ona qaytarılmasını tələb edib.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları uşağı almaq üçün Eldar Əbilovun yaşadığı evə gedən zaman o, qardaşı Səfər Əbilovla birlikdə polislərə müqavimət göstərib.

BAKU.WS