055 213 76 73
İyulun əvvəlində Ukraynada öldürlən azərbaycanlı Əsgərov Elbrus Salman oğlunun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun klanına daxil olub.
1987-ci il təvəllüdlü Elbrus gənc yaşlarından peşəkar boksla və idmanın digər növləri ilə məşğul olub. O, MMA döyüş növü üzrə də bir sıra yarışlarda iştirak edib.
Həmin vaxt maşının içi yandırılıb. Hadisədən 4 gün sonra isə Elbrus Əsgərovun meyiti Obuxovskaya şossesinin 41-ci kilometrliyindəki su kanalından tapılıb.
Məsələ burasındadır ki, ötən ay Kiyevdə yerləşən “Dolma” restoranının önündə Ağayev Davud Şahvələd oğlu güllələnib. Davudu güllələyən şəxs daha sonra maşına əyləşərək hadisə yerindən uzaqlaşıb. Elbrusun öldürülməsini də məhz Davudun qisası ilə bağlı olduğu ehtimal edilir.