SİZİN REKLAM BURADA!
055 213 76 73



Qəbələ rayonunda iki nəfər özünü asaraq öldürüb.

BAKU.WS
xəbər verir ki, Qəbələ rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə avqustun 28-i baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Elçin Mirsahibli və 1984-cü il təvəllüdlü Günel Dadaşova həyətdə asılmış vəziyyətdə aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekpertizası təyin edilib, şahidlərin ifadələri alınıb.

Hadisənin baş vermə hallarının araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlumata görə G.Dadaşova evli olub boşanıb və himayəsində bir azyaşlı övladı var. Onun E.Mirsahibli ilə sevgi münasibətləri olduğu bildirilir. Cütlüyün intihar etdiyi həyət də G. Dadaşovaya məxsus olub.

BAKU.WS