VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda polis narkotik əməliyyatı keçirib.

BAKU.WS
xəbər verir ki, nəticədə ''bibi'' ləqəbli narkotacir və onun dırnaqarası müştərisi saxlanılıb. Saxlanılarkən hər iki şəxsdən heroin və psixotrop maddə aşkar edilib.

Saxlanılan ''Bibi'' ləqəbli narkotacir törətdiyi cinayət barədə Xəzər TV-yə danışıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxsləri tutub.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə aşkar olunaraq götürülüb. Saxlanılan şəxs heroini ''Kubinka'' adlanan ərazidə ''bibi'' ləqəbli şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İmran İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini ''bibi'' ləqəbli Sənubər Lütfəliyeva da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14 qramdan çox olan 43 büküm heroin aşkar edilərək götürülüb. Sənubər Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

BAKU.WS