SİZİN REKLAM BURADA!
055 213 76 73



Əvvəl spirtli içki içib, sonra narkotikə dadanıb, narkoloji dispanserdən qaçaraq əvvəllər gözətçi işlədiyi evə gedib, gözətçiyə ağır xəsarət yetirib, quldurluq məqsədi ilə evə daxil olub, yemək yeyib oğurluq edərək evdən çıxıb.

ARB TV xəbər verir ki, 36 yaşlı Ramil Məmmədov Binəqədi rayonu Goradil qəsəbəsində Mahir adlı şəxsə məxsus evdə gözətçi işləyən Nazim Əliyevin baş nahiyəsinə 6 dəfə çəkiclə zərbə vuraraq evdən qızıl götürüb qaçdığı üçün saxlanılıb.

Binəqədi Rayon Polis Şöbəsində dindirilən Ramil bildirib ki, uzun müddətdir narkotik alüdəçisidir. Narkoloji dispanserdə müalicə alan zaman oradan qaçan Məmmədov taksi ilə Goradil qəsəbəsinə, əvvəllər gözətçi işlədiyi evə gəlib. Bu zaman ev sahibi olmadığından qapını gözətçi Nazim Əliyev açıb. Spirtli içki və Narkotik qəbul etmiş Ramil Məmmədov həmin an nalayiq ifadələr işlədib və şəxslər arasında mübahisə düşüb.

Ramil Məmmədov – Saxlanılan şəxs: “Bəlkə Mahir evdə olsaydı, ondan pul istəyərdim, verərdi. Bağında qalan çıxdı qabağıma. Sözümüz çəp gəldi. Düzdü söydüm, təhqir elədim. Mahir “prikrıvat” elədi. Yerdə dəmir çəkic var idi. Çəkici götürüb vurmuşam. Vurandan sonra bu yıxıldı yerə, getdim girdim evə. Ac idim, çörək yedim, sırğanı götürüb çıxdım”.

Baş nahiyəsindən xəsarətlər alan Nazim Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra yaralının həyati təhlükəsi aradan qaldırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS