Şəmkir rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Bildirilir ki, Şəmkir rayonunda qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb. Qəza rayonun "Yasamal aşırımı" adlanan ərazisində baş verib.

Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS