SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli yanğın zamanı xilas olunan neftçi Bəhruz Babayev həmin anları çəkə bilib.

BAKU.WS
-in məlumatına görə, neftçi öz Facebook səhifəsində xilasetmə anlarını çəkib. Fotoda xilas olunmuş neftçilər və həmin ərazi görünür.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Qəza nəticəsində dənizdə itkin düşənlərdən 7 nəfərin cəsədini aşkar edib. Ümumilikdə hadisə yerində 63 işçi olub. Onlardan 33 nəfər xilas olunub. 23 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışalrı davam edir.

Ziya Səccad

BAKU.WS