SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb.

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

BAKU.WS