055 213 76 73
Bakıda evdən pul oğurlayan xadimə tutulub.
BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, əməliyyat Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlamaqda şübhəli bilinən, həmin mənzildə xadimə işləyən Bakı şəhər sakini Könül Tağıyeva saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
BAKU.WS