SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda evdən pul oğurlayan xadimə tutulub.

BAKU.WS
Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, əməliyyat Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlamaqda şübhəli bilinən, həmin mənzildə xadimə işləyən Bakı şəhər sakini Könül Tağıyeva saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS